23 Fevral 2017 10:27
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənd ərazisində tikililərdən birində texnik işləyən rayon sakini Tural Həsənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: