24 Fevral 2017 13:01
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.


Sadiq Gülməmmədov barəsində 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə ötən il Bakıda baş verib. Sadiq Gülməmmədov aralarında yaranan münaqişə zəminində dayısı oğlunu bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər