25 Fevral 2017 13:45
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1972-ci il təvəllüdlü Zülfiyyə Məmmədova bıçaq xəsarəti ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Zülfiyyə Məmmədova 15 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Cinayəti törədən yeniyetmənin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər