25 Fevral 2017 15:57
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Camal Bədirov həbs edilib.

Ondan qundağı kəsilmiş “AK-74” markalı silah, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Camal Bədirovun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: