28 Fevral 2017 17:43
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Qədirov tutulub.

Taleh Qədirov rayon ərazisindəki evlərdən birindən 3500 manat pul və 2500 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinir.

Hacı Zeynalov


Müəllif: