Bakının Səbail rayonunda quldurluq edilib. Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Mətləb Rüstəmovun 400 manat pulunu quldurluq yolu ilə alıb.
Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində şübhəli bilinən paytaxt sakini Nemət Pənahov həbs edilib. Nemət Pənahov əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov