Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Dadaşov özünü “Makarov” markalı tapança ilə vurub. O, hadisə yerində ölüb.
İldırım Dadaşovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov