Gəncə şəhərində iki il əvvəl baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, 2015-ci il dekabrın 19-da, gecə saatlarında Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Kəmaləddin Əliyev naməlum şəxslərin hücumuna məruz qalıb.
Hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
Basqın edən şəxslər onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək 3900 manat, 19.000 ABŞ dolları, 100 avro, 238.000 rubl və 580 lari pulunu alıblar.
Dünən Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rübayıl Əliyev və Yaşar Nağıyev tutulublar.
Kəmaləddin Əliyev Gəncədə valyutadəyişmə məntəqələrindən birinin sahibi olub.
Hacı Zeynalov