14 Mart 2017 12:22
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə iclası baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi kollegiyası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə müşavirəyə çıxmasıdır.

Hakimlər martın 10-dan müşavirədə olduqlarını elan ediblər və hökmün elanını qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qanunvericiliyə görə, hakimlər müşavirədə olduqları zaman başqa işə baxa bilməzlər. Bu səbəbdən generalların məhkəməsi martın 28-ə təyin edilib.

Şahin Sultanov və digər şəxslərin hökmü martın 17-də elan ediləcəyi gözlənilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər