Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Fuad İbrahimbəyli küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Şahmar Səmədov özünü yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından ataraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Daha bir intihar hadisəsi Nizami rayonunda qeydə alınıb. İsmayıl Məmmədov küçəsində yerləşən 10 nömrəli tam orta məktəbin həyətində 1979-cu il təvəllüdlü Səməd Məmmədov özünü şam ağacından iplə asaraq ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov