20 Mart 2017 16:58
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb.
Quldurluq hadisəsindən bir neçə gün sonra Taleh Hümbətəkiyev həmin şəxsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görüb. Taleh Hümbətəliyev həmin şəxsi saxlayaraq polis əməkdaşlarına təhvil verib.
Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər