Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.
Bu barədə Teleqraf.com-a sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.
Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir.
Hacı Zeynalov