Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda silsilə oğurluq törətməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Elməddin Vəliyev 8 il, Nicat Məmmədov 7 il 6 ay, Adil Həşimov 8 il, Elman Bəkirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Zamində olan Rəşid Paşayev 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Zamində olan digər şəxslər - Hüseyn Hüseynov və Ceyhun Məmmədovun hər birinə 3 min manat məbləğində cərimə kəsilib.
Təqsirləndirilən şəxslər Bakıda Natella Quliyevaya məxsus "Zeytəm" otelində 27 min manatlıq oğurluq ediblər.
Dəstə üzvləri Bakıda yerləşən şirkətlərdən kondisoner, radiator və digər əşyaları oğurlayıblar.
Hacı Zeynalov