4 Aprel 2017 11:59
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Çıxış üçün prokuror Fərid Nağıyevə söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər bu istəyi nəzərə alıblar.

Proses aprelin 13-də davam edəcək.

Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər