Qəbələdə 6 gün əvvəl atı vuran avtomobilin sərnişini ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 6-da Qəbələ rayonunun Nohurqışlaq kəndinin ərazisində Bakı şəhər sakini Minayə Abdullayeva idarə etdiyi "Mercedes" markalı avtomobillə atı vurub və idarəetməni itirdiyindən avtomobili aşırıb.
M.Abdullayeva və sərnişini - həmyerlisi Xanım Məlikova xəstəxanaya yerləşdirilib, X.Məlikova orada ölüb.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.