Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Rəşid Behbudov küçəsində yerləşən parkda qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmud Məmmədov parkda bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Mahmud Məmmədov aprelin 14-də, günorta saatlarında parkda həyat yoldaşı ilə mübahisə edib. Bu zaman onu həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov