Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov vəsatətlə çıxış edib.
O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib.
İbrahim Kazımovun sözlərinə görə, təqsirləndirilən Faiq Allahverdiyevin evində axtarış aparıblar: “Faiq Allahverdiyev saxlanılarkən onun evindən qumbara və kitabça aşkar olundu”.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Kamil Məmmədov bildirib ki, təqsirləndirilən Mehman Quliyevin yaşadığı evdən qumbara, 19 ədəd patron və Taleh Bağırovun kitabçası aşkar edilib.
Sonra idarənin əməkdaşı Mehman Teymurov dindirilib.
Proses mayın 1-də davam edəcək.
Hacı Zeynalov