20 Aprel 2017 18:18
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qətlini sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir k, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Tural Hüseynov 10 il, Vüqar Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, dəhşətli hadisə Pirallahı rayonunda baş verib. Gənc qadının – iki uşaq anasının üzünə “kislota” atıblar. Cinayətin nəticələri çox ağırdır, qadın kor olub.

Pallahı rayon Polis İdarəsinin əməkdaşları qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi, 1987-ci il təvəllüdlü Tural Hüseynovu və icraçı, 1981-ci il təvəllüdlü Vüqar Kərimovu saxlayıblar.

İstintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranəyə evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Tural dindirmədə deyib ki, həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib pulu götürmək lazımdır.

Qadın keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyi çatdırmamış Vüqar Kərimov ona hücum edib. Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməni çatdırmayıb.

Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərək sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər