Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 84 yaşlı qadını öldürməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü İlham Aslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə İlham Aslanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin martın 21-də Quba şəhərində yaşayan 18 yaşlı İlham Aslanov 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək onu boğaraq qətlə yetirib.
O, qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb, meyiti isə gözdən uzaq bir yerdə basdırıb. Qətlin üstü həmin ilin iyun ayında açılıb. İlham Aslanov polisə ifadəsində hər şeyi etiraf edib.
Hacı Zeynalov