22 Aprel 2017 19:35
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya

Nəsrəddin qızı "Azərsığorta" Dövlət Sığorta Şirkətinin Tovuz rayon şöbəsinin müdiridir.

Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi, hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri - Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.
O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.


Müəllif:

Oxşar xəbərlər