27 Aprel 2017 14:14
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il martın 31-də Abşeron rayonunda baş vermiş silahlı insidentin görüntüləri yayılıb.

Missiya.az-ın əldə etdiyi görüntülərdə insident nəticəsində ağır yaralanan şəxslərdən biri əks olunub. Şahidlərin sözlərinə görə, iki silahlı şəxs atəş açdıqdan sonra ərazidən uzaqlaşıblar.

Xatırladaq ki, hadisə Xırdalan şəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs "Makarov" tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisə borc üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.


Müəllif:

Oxşar xəbərlər