Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Səbuhi Süleymanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif olunub və ona 1 il 10 gün həbs cəzası verilib.
İttihama görə, hadisə ötən il oktyabrın 19-da Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Məhkum Səbuhi Süleymanov digər dustaq yoldaşı Cəlal Mikayılovla dini zəmində mübahisə edib. Mübahisə davaya çevirilib, Səbuhi Cəlalı yumruqla vurub.
Cəlal Mikayılov Səbuhi Süleymanovun dostuna “o, əsl müsəlman deyil” sözünü işlədib. Bundan qəzəblənən Səbuhi Süleymanov isə onun sağlamlığına ağır zərbə vurub.
Səbuhi Süleymanov Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov