Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.
Şəfiqə Nazimqızı