Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.
Sevinc Quliyevanın oteldə xadimə işlədiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.