Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Nadir Məmmədov, Həmid Orucov və Masallı rayon sakini Maqsud Qasımov saxlanılblar. Onlardan 11 kiloqram olan tiryək və 8 kiloqram q həşiş götürülüb.
Fakt üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Hacı Zeynalov