Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham olunan Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib
Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi Sərdar Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.
Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.