Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Maksime Qobuladze həbs edilib.
Ondan 4 kiloqram 700 qram marixuana götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb.