Teleqraf.com xəbər verir ki, Xırdalan şəhəri, 28-ci məhəllədə 1981-ci il təvəllüdlü Vasif Hüseynbalayev bıçaqlanıb.
O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Vasif Hüseynbalayev tanımadığı şəxslə mübahisə edib və sonda onların mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.