25 İyul 2017 16:46
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il həbs cəzası verilib.

Natiq Kərimov və İnqilab Əhədovun barəsində 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər