25 İyul 2017 18:53
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, cəza çəkmə müəssisəsində saxlanılan Yevlax rayon sakini Sahib Yusifbəyli ilə qısamüddətli görüşə gələn atası Asif Cumayev, anası Ceyran Cumayeva və bacısı Nailə Qurbanovatərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib.

Baxış zamanı sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Sahib Yusifbəyli Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3 və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediluib.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib.


Müəllif: Hacı Zeynalov