Teleqraf.com xəbər verir ki, rayonun Şatıroba kəndində 1984-cü il təvəllüdlü Təyyar Quliyev bıçaqlanaraq öldürülüb.
Məlumata görə, hadisədən əvvəl Təyyar Quliyev kafelərdən birində yeyib-içib. Kafedən çıxandan sonra o, tanışı ilə mübahisə edib.
Mübahisə qətllə nəticələnib. Faktla bağlı cinayət işi başlanıb.