22 İyul 2014 17:08
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin son gecəsi həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Qasım Ömərovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Qasım Ömərov Xaçmaz rayonun Yataqoba kəndində həmyerlisini, 1962-ci il təvəllüdlü Nurulla Piriyevi bıçaqlayaraq öldürməyə cəhd edib. Hadisə həmyerlilər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qasım Ömərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər