Bakının Yasamal rayonunda oğurluq hadisələrinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Sənan Zeynalov yaxalanıb.
Onun rayon ərazisində 1 mağazadan və 1 “Topaz” mərc oyunları məntəqəsindən pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlaması müəyyən edilib.