Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində Tamerlan Ağazadənin “Samsung Duos” markalı mobil telefonu oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Səhran Əhədov yaxalanıb. 10-cu polis bölməsində aparılan araşdırma zamanə məlum olub ki, Səhran Əhədov əvvəllər də oğurluq etdiyi üçün məhkum olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi bsşlanıb.