6 Sentyabr 2017 15:25
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində mənzillərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini İntiqam Ələkbərov evindən oğurluq edilməsi ilə bağlı 36-cı polis bölməsinə müraciət edib.

O, bildirib ki, evindən 2300 manat və 1300 manat dəyərində qızıl əşyalarını oğlu Səxavət tərəfindən oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətdiyini etiraf edib.


Müəllif: Hacı Zeynalov