Astara rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Astara rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini Tahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı və Lənkəran şəhər sakini İqrar Cəlalzadənin idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində hər iki sürücü xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq Tahir Məmmədov ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov