Rusiya kriminal aləmində Şakro Molodoy kimi tanınan avtoritet Zaxariya Kalaşovun həbs müddəti sentyabrın 29-adək uzadılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Moskva məhkəməsi qərar verib.
Qeyd edək ki, Şakro Molodoy Ded Xasan ləqəbli Aslan Usoyanın ölümündən sonra Rusiya kriminal aləminin lideri olub. O, "Elements" restoranının sahibi Janna Kimdən dələduzluq yolu ilə külli miqdarda pul almaqda ittiham olunur.