23 Sentyabr 2017 19:20
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları narkotiklərlə bağlı əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rasim Quliyev həbs edilib.

Ondan 3 kiloqram 15 qram marixuana götürülüb.

Daha bir əməliyyat Sumqayıt şəhərində keçirilib. 1-ci polis bölməsi əməkdaşları şəhər sakini Ramil Fərziyevdən 460 qram marixuana götürüb.

Tərtər rayonu ərazisində Hacıqərvənd kənd sakini Samir Məmmədov 415,707 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən tutulub.


Müəllif: Hacı Zeynalov