28 Sentyabr 2017 15:50
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinib.

Mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, mənzildən 41 min manat oğurlanıb.

4 uşaq anası olan Mehriban Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

İşlədiyi evdən oğurluq etdiyini etiraf edən Mehrban Quliyeva məbləğin şişirdildiyini söyləyib.

Mehriban Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər