Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib
Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.
Oğuz rayon sakini Şəmistan Səlimovun idarə etdiyi "Shacman" markalı yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərəkət edən Lənkəran rayon sakini Elşad Kərimovun idarə etdiyi " KamAZ" marakalı yük maşınına çırpılıb. Güclü zərbədən “Shacman”ın qarşı tərəfi deformasiyaya uğradığından xəsarət almış sürücünü sükan arxasından çətinliklə çıxarmaq mümkün olub. O, dərhal təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada Ş.Səlimova lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır sayılır.
Faktla bağlı araşdırma aparılır./APA/