Dələduzluqda təqsirləndirilən AENT-E Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Əkbər Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Əkbər Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.