Bakının Xətai rayonunda evlərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının tədbirləri nəticəsində Bakı şəhər sakini Əziz Rzazadə tutulub.
O, oktyabrın 22-də rayon sakini olan bir qadının mənzilindən 600 manat, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinib.