Ağstafa rayonunun Poylu stansiyasında yaşayan 1966-cı il təvəllüdlü Mirəhməd İskəndərov bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Yaralıya tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Mirəhməd İskəndərov qohumu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Həmin şəxs onun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.