Bakının Xətai rayonunda mənzildən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fərhad Məmmədovun evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb.
Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb.