Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovun barəsində olan intizam icratına xitam verib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.
Qərara əsasən, şikayət təsdiqini tapmayıb.
Elçin Sadıqovun barəsində Vəkillər Kollegiyasına şikayti Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov edib.