Bakının Nəsimi rayonu ərazisindəki mağazaların birindən 4 mobil telefon oğurlanıb.
Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsurə Məmmədzadə 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.