Bakının Nəsimi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki meyvə-tərəvəz köşklərinin birindən 400 manat oğurlanması barədə 22-ci polis bölməsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini Nuhan Gülümcanov saxlanılıb.
Onun bu il sentyabrın 22-də Rüfət Eyvazova məxsus mobil telefonu oğurladığı da müəyyən edilib.