5 Dekabr 2017 23:58
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Muhsin Dəmir Bəkir Saminin Bakının Nizami rayonunda kirayə qaldığı evindən 680 manat pul və geyim əşyaları oğurlanıb.

Teleqraf.com xəbər verir ki, zərərçəkmiş oğurluq hadisəsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkiyə vətəndaşı, əvvəllər məhkum olunmuş Şükrü Rza Ərdoğan tutulub.

Məlum olub ki, o, Muhsin Dəmir Bəkir Sami ilə dost imiş.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər