12 Dekabr 2017 09:32
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Bank”ın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov və Nəqliyyat filialına rəhbərlik etmiş Kənan Orucovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonar Anar Sultanov və Kənan Orucovun apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Növbəti proses dekabrın 18-nə təyin edilib.

Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev, Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadov 10 il 11 ay, Mərkəzi filialın sabiq direktoru Yusif Ələkbərov 7 il 6 ay, İnter Security MMC-nin sabiq direktoru İbrahim Hüseynov 6 il 5 ay müddətinə aqzadlıqdan məhrum ediliblər.

Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, Nəqliyyat filialının sabiq direktoruKənan Orucov, Mərkəzi filialın sabiq müdiri İlqar Abdullayev və Nərimanov filialının sabiq direktoru, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bir müddət əvvəl Bakı Aeplyasiya Məhkəməsində Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunanların şikayətinə baxılıb. Məhkəmə kollegiyası onların şikayətlərini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər