Bakının Sabunçu rayonunda oğurluq baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Balaxanı qəsəbəsində çay evlərindən birindən oğurluq barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə xəbər daxil olub.
Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompüteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib.
12-ci polis bölməsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub.
Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib.
Elşad Qasımov oğurladığı əşyaları satmaq üçün şəkilini çəkərək onlayn alış-veriş saytlarında yerləşdirib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.